Yuxarı
    Bağlamaq

    Son 117 ildə daha gəlirli səhm bazarı olan ölkələr müəyyənləşib

    Bu müddətdə qlobal bazarda səhmlərin orta illik gəlirliliyi 5,2% təşkil edib

    Bakı. 25 fevral. REPORT.AZ/ 1900-2016-cı illəri əhatə edən dövr ərzində dünyada ən çox qazandıran səhm bazarları arasında Cənubi Afrika Respublikası, Avstraliya, ABŞ, Yeni Zelandiya və İsveç olub. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveçin "Credit Suisse" bankı və London Biznes Məktəbinin birgə araşdırmasında məlumat yayılıb.

    Hesabatda qeyd olunur ki, bu ölkələrin səhmlərinin orta illik gəlirliliyi 117 il ərzində müvafiq olaraq 7,2%, 6,8%, 6,5%, 6,2% və 5,9% olub. Reytinqdə sonrakı yerləri Kanada, B.Britaniya, Finlandiya, Danimarka, Niderland, İsveçrə, İrlandiya, Norveç, Yaponiya, İspaniya, Portuqaliya, Almaniya, Fransa, Belçika, İtaliya və Avstriya tutub. Ümumiyyətlə, son 117 ildə dünya səhmlərinin orta illik gəlirliliyi 5,2% təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi