Yuxarı

"Solera Azerbaijan"ın fəaliyyətə başlaması ləngiyir

İcbari Sığorta Bürosu təkliflər hazırlayır

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanın sığorta sahəsində "Audatex" proqram təminatının işə düşməsi prosesi ləngiyəcək. "Solera Azerbaijan" şirkətinin iyulun 1-dən fəaliyyətə başlayacağı planlaşdırılsa da, bunun sentyabr-oktyabr aylarına qədər uzanması gözlənilir. "Report" xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev məlumat verib.

E.Quliyev bildirib ki, iyunun 1-dən Zakir Kərimzadə adlı şəxs şirkətə icraçı direktor təyin olunub. Təyinat “Audatex” şirkəti tərəfindən 10 namizəd arasından seçilib. Həmin şirkətin işçiləri Fransaya səfər edib, orada treninq keçəcəklər. İSB rəhbəri əlavə edib ki, ləngiməyə səbəb əsas tərəfdaşın şirkətin adının dəyişdirilməsi istəyi ilə bağlıdır. Belə ki, "Audatex" şirkəti "Solera Azerbaijan" adını "Audatex Azerbaijan"a dəyişmək istəyir.

"Solera Azerbaijan" şirkətində bizim payımız yoxdur. Onlar qeydiyyatdan keçdikdən sonra 5% həcmində pay alacağıq", - deyə İSB başçısı bildirib.

Qeyd edək ki, 2014-cü ilin dekabr ayında sığorta hadisələri nəticəsində dəyən zərərin qiymətləndirilməsi üzrə dünyada qabaqcıl təşkilatlardan olan ABŞ-ın "Audatex" şirkətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı İSB və "Audatex"i Fransada təmsil edən "Sidexa" şirkətinin iştirakı ilə birgə fəaliyyət haqqında müqavilə imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi