Bakı. 26 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın Çinə qarşı tətbiq edəcəyi yeni gömrük rüsumları Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini daha sürətlə artırmasına gətirib çıxaracaq.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Pekində "CNBC" televiziyasına açıqlamasında Fransanın "Societe Generale" bankının İdarə Heyətinin sədri Bini Smaghi deyib.
O bildirib ki, dünyanın 2 böyük iqtisadiyyatı olan ABŞ və Çin arasında ticarət müharibəsi inflyasiyanı sürətləndirəcək: "Nəticədə FED uçot dərəcəsini proqnozlaşdırılandan daha sürətlə artırmağa məcbur olacaq. D.Trampın Çin mallarına 60 mlrd. dollarlıq əlavə gömrük vergisinin tətbiqi barədə qərarı istehlak qiymətlərinin artmasına gətirib çıxaracaq."