​SocGen: Dollar 3,30 lirəyə yüksələ bilər

​SocGen: Dollar 3,30 lirəyə yüksələ bilər Lirənin ucuzlaşması manata təzyiqləri artıra bilər
Maliyyə
20 İyul , 2016 13:43
​SocGen: Dollar 3,30 lirəyə yüksələ bilər

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyədə yaxın 2-3 ay ərzində ABŞ dolları 3,2888 lirəyə yüksələ bilər. "Report" xəbər verir ki, bu barədə məlumat Fransanın məşhur "Societe Generale" bankının analitiki Feniks Kalen (Phoenix Kalen) tərəfindən hazırlanan hesabatında bildirilir.

Hesabata əsasən "Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı" (TCMB), ölkə daxilində iqtisadi artıma və siyasi proseslərə ölkədəki maliyyə sabitliyinə nisbətən daha çox önəm verir. Bu da öz növbəsində Türkiyədəki aktivləri kəskin dalğalanma riskinə məruz qoya bilər. "Societe General", həmçinin türk lirəsini Orta Şərqi Avropa, Orta Şərq və Afrika (CEEMEA FX) valyuta səbətindən çıxartığını bildirib.

Qeyd edək ki, TRY/USD məzənnəsi dünən, iyulun 19-da 3% yüksələrək 2,97-dən 3,06 səviyyəsinə çatdıqdan sonra bu gün səhər saatlarında bir qədər geriləyib və hazırda 3,03 səviyyəsindədir. "Report" analitik qrupu hesab edir ki, lirənin dollarla müqayisədə ucuzlaşması prosesi davam edəcək.  

Son xəbərlər

Orphus sistemi