Yuxarı

"Qazprombank" SOCAR-a 2 mlrd. dollarlıq kredit xətti açıb

İlk olaraq Rusiya bankı Azərbaycan Dövlət Neft Şirkətinə 420 mln. dollar ayırıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiyanın “Qazprombank” ASC arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən SOCAR Polimer layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb. Sənəd bu gün Bakıda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Qazprombank” ASC İdarə Heyətinin sədri Andrey Akimov tərəfindən imzalanıb. 

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, sənəddə deyilir ki, ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədilə həyata keçirilən bu layihəyə “Qazprombank” ASC tərəfindən 420 mln. dollar kredit ayrılması haqqında qərar qəbul olunub. 

“Qazprombank” ASC İdarə Heyətinin sədri Andrey Akimov bildirib ki, SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb: "Zəmanət tələb edilmədən və 10 il müddətinə verilən bu kredit Azərbaycana, onun neft-qaz sektorunun lokomotivi olan SOCAR-a bəslənilən inamın və etimadın bariz göstəricisidir". 

A.Akimov qeyd edib ki, “Qazprombank” tərəfindən SOCAR üçün 2 mlrd. dollar həcmində kredit xətti açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi