​SOCAR yeni avrobond emissiyasına hazırlaşır

​SOCAR yeni avrobond emissiyasına hazırlaşır Dünya neft bazarında qiymətin hazırkı səviyyədə qalması Azərbaycana ciddi təsir etməyəcək
Maliyyə
25 Dekabr , 2014 14:09
​SOCAR yeni avrobond emissiyasına hazırlaşır

Bakı. 25 dekabr. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin düşməsi prosesi Azərbaycanın da gəlirlərinə təsir edir. "Report" xəbər verir ki, bunu bugünkü mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)vitse-prezidenti Süleyman Qasımov bildirib: "Deməzdim ki, neftin ucuzlaşması bizə təsir etməyəcək. Əgər neftin qiyməti 60 dollar səviyyəsində qalarsa, gəlirlərimiz cəmi 400 mln. manat civarında azalacaq. Bu, bir o qədər də böyük məbləğ deyil".

S.Qasımov qeyd edib ki, Azərbaycanda neft hasilatının məsrəfləri orta hesabla hər 1 tona 90-100 dollar təşkil edir, barelə çevirdikdə isə bu, 15 dollara bərabərdir: "Düşünürəm ki, bəzi digər xərclərin stimullaşdırılması yolu ilə problemdən azad ola bilərik".

SOCAR rəsmisi əlavə edib ki, neftin dünya bazarında ucuzlaşması Azərbaycan Dövlət Neft Fondunun da gəlirlərinə təsir edəcək: "Amma çox yox. Bizim yataqlardakı hasilat üzrə payımız müxtəlifdir. Ən böyük payımız 11,6%-dir ki, bu da "Azəri-Çıraq-Günəşli" yatağındadır. İllik bundan 300-400 mln. divident qazanırıq. Maksimum bu, 50% azala bilər".

Bununla yanaşı S.Qasımov SOCAR-ın beynəlxalq bazarda yeni istiqraz emissiyasına hazırlaşdığını bəyan edib: "Biz 15 illik avrobondlar buraxmağı düşünürük. Əvvəl 5-10 illik buraxdıq. İnvestorlar bunda maraqlıdır. Artıq bəzi aidiyyəti orqanlara təkliflər göndərmişik. İnvestorlar SOCAR-a çox böyük maraq göstərirlər və 5 milyardlıq istiqraz təklifimiz var. Lakin biz 1 milyarddan artıq istiqraz emissiya edə bilmərik".

Son xəbərlər

Orphus sistemi