​"SOCAR Trading" 150 mln. dollarlıq kredit sazişi imzalayıb

​"SOCAR Trading" 150 mln. dollarlıq kredit sazişi imzalayıb Kreditin formalaşmasında 20-dən artıq tanınmış beynəlxalq maliyyə qurumu iştirak edir
Maliyyə
20 Noyabr , 2015 17:55
​SOCAR Trading 150 mln. dollarlıq kredit sazişi imzalayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanın "SOCAR Trading" şirkəti 150 mln. ABŞ dolları həcmində bərpa olunan təminatsız sindikatlaşdırılmış kreditin cəlb edilməsinə dair saziş imzalayıb.

"Report"un "SOCAR Trading"ə istinadən verdiyi xəbərə görə, bu, şirkətin ilk analoji kredit sazişidir, kreditin formalaşmasında 20-dən artıq tanınmış beynəlxalq maliyyə qurumu iştirak edir.

"Bu kredit "SOCAR Trading"in təməli qoyulan və davam edən qlobal inkişaf startegiyasını dəstəkləyir", - şirkətdən bildirilib.

Kredit xətti əsas anderrayter olaraq "Coöperatieve Centrale Raiffeisen-Boerenleenbank B.A." ("Rabobank"), "Société Générale Corporate & Investment Banking" tərəfindən düzənlənib.

Bu sövdələşmədə "The Bank of Tokyo-Mitsubishi UFJ Ltd." (MUFG) və "Société Générale" emitent bankları kimi, "Rabobank" isə kredit agenti kimi çıxış edir.

Qeyd edək ki, saziş ilkin olaraq 12 ay müddətini əhatə edir və sonradan 2 il müddətinədək artırıla bilər.

Son xəbərlər

Orphus sistemi