Yuxarı
    Bağlamaq

    "SOCAR Petroleum" nizamnamə kapitalını kəskin artırır

    MBNP şirkətin əlavə səhm emissiyasını dövlət qeydiyyatına alıb

    Bakı. 11 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “SOCAR Petroleum” QSC-nin əlavə səhm emissiyasını (AZ1001008551) dövlət qeydiyyatına alıb. 

    Bu barədə “Report”a MBNP-dan bildirilib.

    Məlumata görə, şirkətin emissiyası hər birinin nominal dəyəri 300 manat olan 179 617 adi səhmin buraxılışını nəzərdə tutur. Yerləşdirmədən sonra “SOCAR Petroleum”un nizamnamə kapitalı 53 885 100 manat və yaxud 2,8 dəfə artaraq 83 760 900 manata çatacaq. 

    Xatırladaq ki, adı çəkilən şirkət 2008-ci ildən fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi