SOCAR ​iyulda dövlət büdcəsinə 145,5 mln. manat ödəyib

SOCAR ​iyulda dövlət büdcəsinə 145,5 mln. manat ödəyib SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna ödənişləri isə 11,7 mln. manatı üstələyib
Maliyyə
12 Avqust , 2015 12:14
SOCAR ​iyulda dövlət büdcəsinə 145,5 mln. manat ödəyib

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2015-ci ilin iyul ayında dövlət büdcəsinə 145,525 mln. manat vəsait ödənilib. "Report" xəbər verir ki, bu, ötən ilin iyulu ilə müqayisədə 2,53% azdır.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyul aylarında büdcəyə 874,255 mln. manat ödənilib ki, bu da 2014-cü ilin ilk yeddi ayı ilə müqayisədə 21,77% azdır .

Bundan əlavə, cari ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11,73 mln. manat vəsait köçürüb və bu da müvafiq olaraq ötən ilin iyulundan 0,78% azdır.

Cari ilin yanvar-iyul aylarında isə Şirkət tərəfindən Fonda ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 3,04% azalaraq 80,957 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi