SOCAR istiqrazlarının sahiblərinə 1,25 milyon dollar ödənilib

SOCAR istiqrazlarının sahiblərinə 1,25 milyon dollar ödənilib Bu gün dollarda illik 5% gəlir qazandıran və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 2019-cu il üzrə sayca 3-cü, ümumilikdə isə 11-ci faiz ödənişi edilib.
Maliyyə
17 İyul , 2019 11:23
SOCAR istiqrazlarının sahiblərinə 1,25 milyon dollar ödənilib

Bu gün dollarda illik 5% gəlir qazandıran və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 2019-cu il üzrə sayca 3-cü, ümumilikdə isə 11-ci faiz ödənişi edilib.

“SOCAR Capital” şirkətindən “Report”a verilən məlumata əsasən, bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13,750 mln. dollara çatıb. 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 9 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 11,250 mln. dollar qazanmış olacaqlar (ümumilikdə 25 mln. dollar.)

Hər istiqraz üçün 12,5 dollar olmaqla, toplamda 1,25 mln. dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 mln. dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – 2019-cu ilin ilk yarısında 240, ümumilikdə isə 1 800 əqd bağlanıb.

1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının 17 iyul tarixində ümumi faiz ödənişlərinin artıq yarıdan çoxu yekunlaşmış oldu.

İstiqrazlar üzrə növbəti faiz ödənişinin cari ilin 17 oktyabr tarixində baş tutacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi