Yuxarı
    Bağlamaq

    SOCAR istiqrazlarının alış qiyməti cüzi artırılıb

    Qiymətli kağızların satış qiyməti isə dəyişməyib

    Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyəti göstərən "PSG Kapital İnvestisiya Şirkəti" QSC qiymətli kağızların alış qiymətini 0,14 dollar artırıb. Bu barədə "Report" Bakı Fond Birjasına istinadən xəbər verir.

    Məlumata görə, hazırda SOCAR istiqrazları 1 007,14 dollardan alınır. İstiqrazların satış qiyməti isə 1 025 dollar olaraq qalıb.

    Bununla da "PSG Kapital" hər SOCAR istiqrazının alqı-satqısı üzrə gəlir marjasını 18 dollardan 17,86 dollara qədər azaldıb.

    SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi