SOCAR istiqrazları üzrə təkrar bazarda 35 mln. dollarlıq əməliyyat aparılıb

SOCAR istiqrazları üzrə təkrar bazarda 35 mln. dollarlıq əməliyyat aparılıb Əli Ağaoğlu: "SOCAR istiqrazlarının təkrar bazarı həddən artıq aktiv olub"
Maliyyə
17 Yanvar , 2017 11:44
SOCAR istiqrazları üzrə təkrar bazarda 35 mln. dollarlıq əməliyyat aparılıb

Bakı. 17 yanvar. REPORT.AZ/ SOCAR istiqrazları üzrə indiyədək təkrar bazarda 35,1 mln. dollarlıq əməliyyat həyata keçirilib.

"Report" xəbər verir ki, bunu "SOCAR Capital" şirkətinin Məsləhət Şurasının üzvü Əli Ağaoğlu bildirib.

Onun sözlərinə görə, bu gün verilən sifarişlərlə həmin rəqəm 40 mln. dollara artıb: "SOCAR istiqrazlarının təkrar bazarı da həddən artıq aktiv olub. Təkrar bazarda istiqrazlara fiziki şəxslərin marağı xüsusilə böyük olub. İstiqrazları Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətəndaşlar da alırlar. Bu sahədə Gürcüstan, Türkiyə, Rusiya vətəndaşları daha fəaldırlar".

Tədbirdə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR istiqrazlarının ilkin buraxılışı zamanı investorlar tərəfindən 200 mln. dollardan artıq tələb qeydə alınıb ki, bu da istiqrazların emissiyasının həcmindən iki dəfə artıqdır.

Son xəbərlər

Orphus sistemi