SOCAR-ın istiqrazları bahalaşıb

SOCAR-ın istiqrazları bahalaşıb Bu barədə istiqrazlar üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkəti məlumat yayıb
Maliyyə
15 Fevral , 2017 10:56
SOCAR-ın istiqrazları bahalaşıb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı və yerli fond bazarında ən çox alınıb-satılan qiymətli kağızların – SOCAR istiqrazlarının qiyməti artıb.

“Report” xəbər verir ki, bu barədə istiqrazlar üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkəti məlumat yayıb.

Məlumata görə, hazırda SOCAR istiqrazları 1 004-1 005 dollara satılır.

“PSG Kapital”dan o da bildirilib ki, istiqrazlar üzrə növbəti faiz ödənişinin vaxtı yaxınlaşdıqca onların qiyməti yüksələcək.

Xatırladaq ki, istiqrazlar üzrə faizlər 3 aydan bir ödənilir. İnvestorlar hər istiqraz üzrə 12,5 dollar, il ərzində isə ümumilikdə 50 dollar gəlir əldə edirlər. İlk faiz ödənişi yanvarın 17-də baş tutub.

Qeyd edək ki, daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə buraxılıb. İstiqrazların təkrar bazarına isə 2016-cı il oktyabrın 17-dən start verilib.

Bir qədər əvvəl “PSG Kapital” istiqrazların alqı-satqısı üzrə yanvar ayının nəticələrini açıqlayıb. Məlum olub ki, ötən ay 16,5 mln. dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə 82 əqd bağlanıb. İstiqraz alanların 72%-ni yeni müştərilər, 28%-ni isə əvvəlki müştərilər təşkil edib. İndiyədək təkrar bazarda 50 mln. dollarlıq SOCAR istiqrazı alınıb-satılıb.

Son xəbərlər

Orphus sistemi