SOCAR-ın ölkələr üzrə gəlirləri açıqlanıb

SOCAR-ın ölkələr üzrə gəlirləri açıqlanıb Azərbaycan Dövlət Neft Şirkətinin ən gəlirli aktivləri İsveçrədədir
Maliyyə
7 İyul , 2017 09:22
SOCAR-ın ölkələr üzrə gəlirləri açıqlanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ildə İsveçrədəki aktivindən gəlirləri əvvəlki ilə nisbətən 70% artaraq 40,438 mlrd. manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub. Hesabat “Ernst&Young” (EY) şirkəti tərəfindən audit olunub.

Şirkətin ötən il İsveçrədən gəliri ümumi gəlirlərin 78%-ni təşkil edib.

SOCAR-ın Azərbaycandakı gəlirləri 12% artaraq 5,171 mlrd. manat, Türkiyədə - 35% artaraq 3,479 mlrd. manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) - 22% artaraq 1,156 mlrd. manat, Gürcüstanda - 40% artaraq 1,046 mlrd. manat, digər ölkələrdəki gəlirləri isə 71% artaraq 615 mln. manat təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə SOCAR-ın məcmu gəlirləri 57% artaraq 51,905 mlrd. manat olub.

Son xəbərlər

Orphus sistemi