SOCAR-ın istiqraz emissiyasının həcmi məlum olub

SOCAR-ın istiqraz emissiyasının həcmi məlum olub Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib
Maliyyə
9 Sentyabr , 2016 13:36
SOCAR-ın istiqraz emissiyasının həcmi məlum olub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd faizli, sənədsiz, təmin edilməmiş istiqrazların buraxılışını qeydiyyata alıb və onların emissiya prospektini təsdiq edib. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, məcmu nominal dəyəri 100 mln. dollar olan istiqrazların tədavül müddəti 5 ildir və illik gəlirlik dərəcəsi 5%-dir. SOCAR-ın istiqrazlarına abunə yazılışı 20 sentyabr - 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazların yerləşdirilməsi isə Bakı Fond Birjasında 13-14 oktyabr 2016-cı il tarixlərində keçiriləcək.

"MBNP-yə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bildiririk ki, kommunikasiya kampaniyası zamanı istifadə olunan vizual materiallar qiymətli kağız deyil və reklam məqsədilə istifadə olunur. Sənədsiz istiqrazların mülkiyyətçilərinin hesablarının uçotu Milli Depozit Mərkəzi tərəfindən aparılacaq", - deyə MBNP-dən qeyd ediblər. 

Son xəbərlər

Orphus sistemi