Yuxarı
    Bağlamaq

    SOCAR-ın gəlirləri 57% artıb

    Şirkət ili 350 mln. manat xalis mənfəətlə başa vurub

    Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il 350 mln. manat xalis mənfəət əldə edib.

    “Report” xəbər verir ki, şirkət 2015-ci ildəki 1,785 mlrd. manat zərərə qarşı ötən ili 350 mln. manat xalis mənfəətlə başa vurub.

    Ötən il şirkətin gəlirləri 2015-ci ilə nisbətən 57% artaraq 51,905 mlrd. manata çatıb. Satışların maya dəyəri isə 59% artıb və 47,387 mlrd. manat olub. Beləliklə, ötən il SOCAR-ın ümumi mənfəəti 39% artaraq 4,518 mlrd. manat təşkil edib.

    Şirkətin əməliyyat fəaliyyətindən mənfəəti 47% artaraq 1,896 mlrd. manat olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi