​SOCAR-ın gəlirləri 3 dəfə artıb

​SOCAR-ın gəlirləri 3 dəfə artıb Azərbaycan Dövlət Neft Şirkətinin aktivləri illik müqayisədə 66% artıb
Maliyyə
1 İyul , 2016 12:33
​SOCAR-ın gəlirləri 3 dəfə artıb

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) aktivləri 2015-ci il ərzində 15 887 mln. manat yaxud 66,01% artaraq 39 954 mln. manata çatıb.

“Report” xəbər verir ki, bu barədə “Ernst&Young” şirkətinin SOCAR-ın 2015-ci ildəki fəaliyyəti ilə bağlı açıqladığı audit hesabatında deyilir.

Hesabatda göstərilir ki, ötən il SOCAR-ın cəmi kapitalı 3 591 mln. manat yaxud 32,48% artaraq 14 648 mln. manat olub.

Həmçinin, 2015-ci ildə şirkətin ümumi gəlirləri 2014-cü ilə nisbətən 2 114 mln. manat yaxud 186,9% (2,9 dəfə) artaraq 3 245 mln. manata çatıb.

Ötən ili SOCAR 3 254 mln. manat mənfəətlə başa vurub. Xatırladaq ki, bu rəqəm 2014-cü ildə 3 830 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi