SOCAR-ın DSMF-yə ödənişləri artıb

SOCAR-ın DSMF-yə ödənişləri artıb Bu il büdcəyə 1,3 mlrd. manat ödənilib
Maliyyə
7 Dekabr , 2016 16:47
SOCAR-ın DSMF-yə ödənişləri artıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin noyabr ayında dövlət büdcəsinə 116,193 mln. manat vəsait ödənilib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında büdcəyə 1 266,365 mln. manat vəsait ödənilib. 

Bundan əlavə, bu ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12,381 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 1,192 mln. manat və ya 10,7% çoxdur. 

Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında şirkət tərəfindən DSMF-yə ödəniş 131,751 mln. manat təşkil edib ki, bu da keçən ilin analoji dövründən 5,141 mln. manat və ya 4,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi