"SOCAR Georgia Petroleum" ötən il Gürcüstanda 8 yanacaqdoldurma stansiyası açıb

"SOCAR Georgia Petroleum" ötən il Gürcüstanda 8 yanacaqdoldurma stansiyası açıb Şirkət bu il Gürcüstanda fəaliyyətini daha da genişləndirmək, daha geniş sahələrə sərmayə yatırmaq niyyətindədir
Maliyyə
11 Fevral , 2016 12:50
SOCAR Georgia Petroleum ötən il Gürcüstanda 8 yanacaqdoldurma stansiyası açıb

Tbilisi. 11 fevral. REPORT.AZ/ “SOCAR Georgia Petroleum” şirkəti 2015-ci ildə Gürcüstanda yeni 8 yanacaqdoldurma məntəqəsi tikərək istifadəyə verib. Bunlardan ikisi benzin, altısı isə qazdoldurma stansiyalarıdır. Şirkətdən "Report"a bildirilib ki, bu məntəqələrdə 50 nəfər daimi işlə təmin olunub.

Şirkət Gürcüstanın Şərq-Qərb avtomagistralında çoxfunksiyalı kompleksin tikintisi ilə əlaqədar keçirilmiş tenderin qalibi olub və tikinti işlərinə hazırlıq gedir: "Keçən il Tbilisinin mərkəzində şirkətin xidmət mərkəzinin ofisi açılıb".

Hesabat dövründə “SOCAR Georgia Petroleum” öz vəsaiti və kreditlər hesabına Gürcüstanda müxtəlif sahələrə 5,166 mln. lari məbləğində investisiya yatırıb, bu ölkənin dövlət büdcəsinə 109,241 mln. lari vergi ödəyib. Eyni zamanda, 118,1 min lari həcmində sponsorluq işləri görülüb, daha 2 433 lari xeyriyyəçilik tədbirlərinə yönəldilib.

Göstərdiyi səmərəli fəaliyyətinə görə, “SOCAR Georgia Petroleum” şirkəti 2015-ci ildə Gürcüstan Milli Biznes Reytinq İttifaqının medalına və "Sənaye lideri" adına, Milli Statistika Xidmətinin Fəxri fərmanına layiq görülüb. Şirkət Gürcüstanın bitum idxalatçıları sırasında 1-ci yeri tutur.

Səmərəli fəaliyyətinə görə, şirkətin bir əməkdaşı “Neft və qaz sahəsinin əməkdar işçisi” fəxri adına layiq görülüb, 15 əməkdaşı isə Gürcüstan Həmkarlar İttifaqları Federasiyası tərəfindən fəxri fərmanla təltif olunub.

"Şirkət 2016-cı ildə Gürcüstanda fəaliyyətini daha da genişləndirmək, daha geniş sahələrə sərmayə yatırmaq niyyətindədir. Bunun üçün artıq bir neçə layihə də hazırlanıb", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi