SOCAR “Cənub Qaz Dəhlizi” şirkətinə 140 mln. manat əlavə investisiya yatırıb

SOCAR “Cənub Qaz Dəhlizi” şirkətinə 140 mln. manat əlavə investisiya yatırıb Gürcüstandakı törəmə müəssisəsində isə iştirak payını 16,34% artırıb
Maliyyə
7 İyul , 2017 11:03
SOCAR “Cənub Qaz Dəhlizi” şirkətinə 140 mln. manat əlavə investisiya yatırıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Cənub Qaz Dəhlizi” şirkətinə əlavə 140 mln. manat investisiya yatırıb.

“Report” xəbər verir ki, bu barədə “Ernst&Young” (EY) şirkəti tərəfindən auditi aparılmış SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

SOCAR tərəfindən “Azerbaijan Rigs” MMC-yə 19 mln. manat əlavə investisiya edilib.

Bu il mayın 29-da SOCAR Gürcüstandakı törəmə müəssisəsi - “SOCAR Energy Georgia” şirkətində iştirak payını 16,34% artırıb. Bu payın alınması üçün 58 mln. manat (34 mln. ABŞ dolları) ödənilib. Nəticədə, SOCAR-ın “SOCAR Energy Georgia” şirkətində nəzarət payı 51%-dən 67,34%-ə qalxıb.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılıb və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

"Azerbaijan Rigs" MMC üzən qazma qurğusunun tikintisi məqsədilə yaradılıb. Şirkətdə SOCAR və Dövlət Neft Fondu iştirak payına malikdir.

“SOCAR Energy Georgia" MMC 2006-cı ildə yaradılıb. Şirkətin səhmdarları SOCAR-la yanaşı, “Intersun Holding FZCO” və "Eventus General Holding FZE" şirkətləridir.

Son xəbərlər

Orphus sistemi