“SOCAR Capital”a mətbuat katibi təyin edilib

“SOCAR Capital”a mətbuat katibi təyin edilib ​“SOCAR Capital”a mətbuat katibi təyin edilib
Maliyyə
4 Mart , 2020 15:38
“SOCAR Capital”a mətbuat katibi təyin edilib

Azərbaycanın tanınmış aparıcısı, jurnalist Şəfa Mehmanqızı “SOCAR Capital”ın İctimaiyyətlə əlaqələr üzrə koordinatoru təyin olunub.

Bu barədə “Report”a Ş.Mehmanqızı özü məlumat verib.

Qeyd edək ki, Şəfa Mehmanqızı bundan öncə Azərbaycan Gənclər Fondunun Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Həmçinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi işləyib. 2013-cü ildə Xəzər Televiziyasında “Bizim gün” səhər proqramının aparıcısı olub.

Son xəbərlər

Orphus sistemi