SOCAR büdcə ödənişlərini 13% artırıb

SOCAR büdcə ödənişlərini 13% artırıb Bakı. 10 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) büdcəyə 1 302,63 mln. manat vəsait ödəyib.
Maliyyə
10 Noyabr , 2017 11:44
SOCAR büdcə ödənişlərini 13% artırıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) büdcəyə 1 302,63 mln. manat vəsait ödəyib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 152,44 mln. manat və ya 13,3% çoxdur.

Bu ilin 10 ayında şirkətin büdcəyə ödədiyi vəsaitin 136,952 mln. manatı oktyabr ayında ödənilib. Bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11,607 mln. manat və ya 9,3% çoxdur.

Bundan əlavə, 2017-ci ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 13,07 mln. manat köçürülüb. Bu, ötən ilin oktyabr ayına nisbətən 863 min manat və ya 7,1% çoxdur. Cari ilin yanvar-oktyabr aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 125,496 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 6,126 mln. manat və ya 5,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi