Yuxarı
    Bağlamaq

    SOCAR bu il dövlət büdcəsinə ödənişi 15% artırıb

    Bu ilin noyabr ayında isə büdcə ödənişi 13% azalıb

    Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin noyabr ayında dövlət büdcəsinə 142,373 mln. manat ödəyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8% azdır. Bu barədə "Report"a SOCAR-ın mətbaut xidmətindən məlumat verilib.

    Ümumiyyətlə, 2014-cü ilin yanvar-noyabr aylarında büdcəyə 1 706,921 mln. manat həcmində vəsait ödənilib ki, bu göstərici isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8% çox olub.

    Bundan əlavə, cari ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10,618 mln. manat vəsait köçürüb və bu, öz növbəsində illik müqayisədə 25,6% azdır. Ümumiyyətlə, 2014-cü ilin yanvar-noyabr aylarında Şirkətin DSMF-yə ödənişi 129,534 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% azdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi