​SOCAR bu il büdcəyə 1 mlrd. manat ödəyib

​SOCAR bu il büdcəyə 1 mlrd. manat ödəyib Bu il, həmçinin Dövlət Sosial Müdafiə Fonduna 92,4 mln. manat köçürülüb
Maliyyə
14 Sentyabr , 2015 15:52
​SOCAR bu il büdcəyə 1 mlrd. manat ödəyib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 998,758 mln. manat həcmində vəsait ödəyib.

"Report" şirkətə istinadən xəbər verir ki, bu həcmin 124,503 mln. manatı avqust ayının payına düşür.

Bu ilin yanvar-avqust aylarında büdcəyə ödənilən vəsait ötən ilin analoji dövründən 21% az olub. Avqustda isə azalma 16,5% təşkil edib.

Qeyd edək ki, avqust ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,477 mln. manat vəsait köçürüb. Bütövlükdə isə bu ilin yanvar-avqust aylarında şirkət tərəfindən DSMF-yə ödəniş 92,434 mln. manat təşkil edib. DSMF-yə ödənilən vəsait isə ötən ilin analoji dövründən 3,6% az olub.

Son xəbərlər

Orphus sistemi