SOCAR Azərbaycan vətəndaşları üçün istiqraz buraxmağa hazırlaşır - YENİLƏNİB

SOCAR Azərbaycan vətəndaşları üçün istiqraz buraxmağa hazırlaşır - YENİLƏNİB Qiymətli kağızların satışına sentyabrın 20-dən başlanacaq
Maliyyə
9 Sentyabr , 2016 09:43
SOCAR Azərbaycan vətəndaşları üçün istiqraz buraxmağa hazırlaşır - YENİLƏNİB

*** İlk xəbər saat 9:28-də dərc olunub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan vətəndaşları üçün yeni investisiya imkanı təqdim etməyə hazırlaşır. Bu barədə "Report"a SOCAR-dan bildirilib.

Məlumata görə, söhbət SOCAR istiqrazlarından gedir. Şirkətin qiymətli kağızları ictimaiyyətə sentyabrın 16-da təqdim ediləcək.

İstiqrazların satışına sentyabrın 20-dən başlanacaq və bu proses oktyabrın 10-na qədər davam edəcək. Nominal dəyəri 1 000 dollar olacaq istiqrazlar illik 5% gəlir gətirəcək. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.

Əlavə məlumatı www.socaristiqraz.az ünvanından əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi