SOCAR: Avrobondlar martın sonunadək buraxılacaq

SOCAR: Avrobondlar martın sonunadək buraxılacaq Rövnəq Abdullayev: "Onun həcmini yəqin ki, gələn həftə elan edəcəyik"
Maliyyə
6 Mart , 2015 19:30
SOCAR: Avrobondlar martın sonunadək buraxılacaq

Bakı. 6 mart. REPORT.AZ/ "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) avrobond buraxmağa hazırlaşır. Onun həcmini yəqin ki, gələn həftə elan edəcəyik. Bunlar əsasən SOCAR-ın STAR layihəsi və indi işlədiyimiz əsas xarici layihələrə nəzərdə tutulub. Avrobondlar martın sonunadək buraxılacaq". "Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib. 

"Avrobondlar bizim planımızda var idi. Bilirsiniz ki, iqtisadiyyatda borc kapitalı ilə işləmək ən xeyirli biznesdir", - o vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov şirkətin beynəlxalq bazarda yeni istiqraz emissiyasına hazırlaşdığını bəyan etmişdi.

"Biz 15 illik avrobondlar buraxmağı düşünürük. Əvvəl 5-10 illik buraxdıq. İnvestorlar bunda maraqlıdır. Artıq bəzi aidiyyəti orqanlara təkliflər göndərmişik. İnvestorlar SOCAR-a çox böyük maraq göstərirlər və 5 milyardlıq istiqraz təklifimiz var. Lakin biz 1 milyarddan artıq istiqraz emissiya edə bilmərik", - S.Qasımov demişdi.

Son xəbərlər

Orphus sistemi