S.Qasımov: "SOCAR-a borc vəsaitlərinin verilməsi şirkətin etibarlı tərəfdaş olduğunu sübut edir"

S.Qasımov: "SOCAR-a borc vəsaitlərinin verilməsi şirkətin etibarlı tərəfdaş olduğunu sübut edir" SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov: "Bu vəsait böyük görünsə də, şirkətin maliyyə strategiyasına uyğundur"
Maliyyə
15 Aprel , 2015 17:03
S.Qasımov: SOCAR-a borc vəsaitlərinin verilməsi şirkətin etibarlı tərəfdaş olduğunu sübut edir

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) konsolidə olunmuş borcu 2015-ci yanvarın 1-nə təxminən 7 mlrd. ABŞ dolları təşkil edib.

"Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Xəzər Avropa Klubunun (CEC) üzvləri ilə görüşdə bildirib: "Bu vəsait böyük görünsə də, SOCAR-ın maliyyə strategiyasına uyğundur".

"Borcun struktruna baxsaq görərik ki, onun 1 mlrd. dollarını "SOCAR Trading" şirkətinin qısamüddətli borclanması təşkil edir. Bu, neftin alışı və satışı ilə bağlı olan qısamüddətli borclanmadır. Daha 1 mlrd. dollar isə Türkiyədəki layihələrimizlə bağlı, 1 mlrd. dollara qədər vəsait isə "Azəri-Çıraq-Günəşli" layihəsində faiz payının alınması üçün Dövlət Neft Fondundan cəlb olun borclanmadır", - S.Qasımov qeyd edib.

Şirkət rəsmisi əlavə edib ki, SOCAR-ın ümumi kredit borcları idarə olunur, hesablanan faizlər vaxtında ödənilir, irihəcmli korporativ istiqrazların uğurla yerləşdirilməsi isə şirkətin etibarlı tərəfdaş olduğunu sübut edir.

Son xəbərlər

Orphus sistemi