SKMF auditor yoxlaması üçün tender keçirir

SKMF auditor yoxlaması üçün tender keçirir Təkliflər noyabrın 11-dək qəbul olunur
Maliyyə
3 Noyabr , 2016 09:49
SKMF auditor yoxlaması üçün tender keçirir

Bakı. 3 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il üzrə Fondun fəaliyyətinin auditor yoxlaması xidmətinin satınalma prosedurunu keçirir.

“Report”un xəbərinə görə, bu prosedurda müxtəlif meyarlar üzrə beynəlxalq reytinq cədvəllərində ilk dördlüyə daxil olan və maliyyə institutlarında kənar auditin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilər.

İddiaçılar prosedurun predmetinə dair hazırlanan əsas şərtlər toplusunu SKMF-dən (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172) əldə edə bilərlər.

Təkliflər noyabrın 11-i saat 15:00-a qədər qəbul olunur.

Son xəbərlər

Orphus sistemi