Yuxarı

Suma Çakrabarti yenidən EBRD prezidenti seçilib

Seçkilərdə onun rəqibi Polşa Mərkəzi Bankının rəhbəri olub

Bakı. 12 may. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Müşahidə Şurasında keçirilən səsvermə nəticəsində Sir Suma Çakrabarti (Sir Suma Chakrabarti) qalib gələrək növbəti 4 ildə də Bankın prezidenti olacaq. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, S.Çakrabarti ilk dəfə 2012-ci ildə EBRD-nin prezidenti seçilib. Onun prezidentliyi dövründə inkişaf etməkdə olan iqtisadiyyatlara yatırılan investisiyaların həcmi rekord həddə - 9,5 mlrd. avroya çatıb.

Xatırladaq ki, S.Çakrabartinin seçkilərdə rəqibi Polşa Mərkəzi Bankının rəhbəri Marek Belka olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi