Yuxarı

Sinqapur dollarının məzənnəsi 7 illik minimuma düşüb

Sinqapur dollarının məzənnəsi 7 illik minimuma düşüb

Sinqapur üzrə ÜDM-in illik artım proqnozu azaldılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Sinqapur dollarının məzənnəsi 2009-cu ilin maliyyə böhranından sonra ən minimal səviyyəyə geriləyib.

"Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə CNBC telekanalı məlumat yayıb. Ekspertlərin fikrincə, Sinqapur dollarının ucuzlaşması prosesi davam edə bilər.

"Reuters" agentliyinin verdiyi xəbərə əsasən isə, dünən, dekabrın 20-də Sinqapurda ABŞ dollarının məzənnəsi 1,4506 SGD/USD səviyyəsinə çataraq son 7 ilin maksimumuna yüksəlib. Bundan sonra Sinqapur Mərkəzi Bankı valyuta bazarına intervensiya edərək məzənnəni 1,4450 SGD/USD səviyyəsinə salıb.

Qeyd edək ki, ABŞ dollarının məzənnəsi D.Trampın prezident seçilməsindən sonra Asiya regionu da daxil olmaqla dünyanın əksər valyutalarına qarşı möhkəmlənib. Daha sonra isə ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini artırıb və 2017-ci ildə daha 3 dəfə artıracağını açıqlayıb. Nəticədə, Asiya regionu ölkələrinin valyutalarının məzənnəsi ucuzlaşmağa davam edib. Analitiklərin fikrincə, Sinqapur dollarının devalvasiyası davam edəcək. Buna baxmayaraq, onun 1998-ci il Asiya maliyyə böhranı zamanı çatdığı minimal səviyyə - 1,8557 SGD/USD-yə qədər ucuzlaşacağı ehtimal edilmir.

Yaponiyanın "Nomura" maliyyə holdinqinin analitikləri 2017-ci ildə Sinqapur üçün ÜDM üzrə artım proqnozunu 1%-dən 0,7%-ə azaldıb. Bununla yanaşı, 2017-ci ilin ilk rübünün sonuna SGD/USD məzənnəsinin 1,46, ilin sonuna isə 1,50 olacağını ehtimal edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi