“Silkway Insurance”in səhmdarlarının yığıncağı keçiriləcək

“Silkway Insurance”in səhmdarlarının yığıncağı keçiriləcək Yığıncağın gündəliyi açıqlanmır
Maliyyə
28 Mart , 2017 10:14
“Silkway Insurance”in səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 28 mart. REPORT.AZ/ Martın 31-də, saat 10:00-da “Silkway Insurance” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Şirkətin daxil olduğu ““Silkway Holding” MMC-nin inzibati binasında olacaq.

Yığıncağın gündəliyi açıqlanmır.

Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi