"Silkway Insurance"in aktivləri 8% azalıb

"Silkway Insurance"in aktivləri 8% azalıb Bakı. 24 yanvar. REPORT.AZ/ Silkway Insurance” ASC-nin cəmi aktivləri 2017-ci il ərzində 8% azalaraq 2018-ci il yanvarın 1-nə 36 756 256 manat təşkil edib.
Maliyyə
24 Yanvar , 2018 11:43
Silkway Insurancein aktivləri 8% azalıb

Bakı. 24 yanvar. REPORT.AZ/ "Silkway Insurance” ASC-nin cəmi aktivləri 2017-ci il ərzində 8% azalaraq 2018-ci il yanvarın 1-nə 36 756 256 manat təşkil edib.

“Report” bu barədə şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata dövründə "Silkway Insurance"in qısamüddətli aktivləri 10,6% azalaraq 35 477 360 manat, uzunmüddətli aktivləri isə 5 dəfə artaraq 1 278 895 manat olub.

Bu müddətdə şirkətin cəmi öhdəlikləri 36% azalaraq 2018-ci il yanvarın 1-nə 9 960 736 manata enib. O cümlədən qısamüddətli öhdəliklər 138 dəfə azalaraq 1 445 737 manatdan 10 489 manata, uzunmüddətli öhdəliklər isə 29,5% azalaraq 14 111 650 manatdan 9 950 248 manata düşüb. 

2018-ci il yanvarın 1-nə "Silkway Insurance"in cəmi kapitalı 26 795 520 manat təşkil edib ki, illik müqayisədə 9,9% çoxdur.

Şirkətin bölüşdürülməmiş mənfəəti isə 2017-ci il ərzində 25% artaraq ilin sonuna 12 025 520 manata yüksəlib. "Silkway Insurance" təkcə 2017-ci il ərzində isə 2 403 996 manat xalis mənfəət əldə edib. Onun vergidən əvvəlki mənfəət isə 3 004 995 manat təşkil edib. Şirkətin cəmi gəlirləri 21 039 683 manat, cəmi xərcləri 18 034 688 manat olub. 

Son xəbərlər

Orphus sistemi