"Silkway Insurance" aktivlərini 40% artırıb

"Silkway Insurance" aktivlərini 40% artırıb Sığorta şirkəti bu ilin ilk 9 ayını 2 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
24 Oktyabr , 2016 10:28
Silkway Insurance aktivlərini 40% artırıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Silkway Insurance" ASC-nin cəmi aktivlərinin həcmi 2016-cı il oktyabrın 1-nə 43,811 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 40,4% çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında "Silkway Insurance"in cəmi öhdəlikləri 25,9% artaraq 18,976 mln. manat, cəmi kapitalı isə 8,9% artaraq 24,835 mln. manat olub.

Hesabat dövründə "Silkway Insurance"in gəlirləri 20,402 mln. manat, xərcləri isə 18,371 mln. manat təşkil edib. Nəticədə, sığorta şirkəti bu ilin ilk 9 ayını 2,031 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi