Yuxarı

"Silkway Bank" manat/dollar konvertasiyasını məhdudlaşdırıb

Bununla yanaşı, Bank nağd dollar satışını da dayandırıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Silkway Bank" ASC bu gündən etibarən milli valyutadan digər valyutalara bəzi nağdsız konvertasiya əməliyyatlarını dayandırıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu gündən etibarən plastik kartların və cari hesabların sahibləri əməliyyatlarını yeni qayda əsasında apara bilərlər. Plastik kart/cari hesab sahibi hesaba mədaxil edərkən kartın valyuta növündən asılı olaraq əməliyyatı həyata keçirə bilər. Yəni, plastik kart/cari hesab dollarda açılıbsa, yalnız dollarda mədaxil oluna bilər (digər valyutalarda həmçinin). Lakin manat kartları ilə xaricdə mal və ya xidmətlərin ödənilməsində heç bir problem olmayacaq.

Bununla yanaşı, Bank nağd dollar satışını da dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi