“Silkway Bank”ın xalis mənfəəti 18% artıb

“Silkway Bank”ın xalis mənfəəti 18% artıb Bakı. 19 oktyabr. REPORT.AZ/
Maliyyə
19 Oktyabr , 2017 15:18
“Silkway Bank”ın xalis mənfəəti 18% artıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ “Silkway Bank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 405,643 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur.

“Silkway Bank”ın aktivlərinin 91,2%-ni və yaxud 369,797 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 3% böyüyüb.

Hesabat dövründə “Silkway Bank”ın cəmi öhdəlikləri 0,6% artaraq 282,162 mln. manat, o cümlədən depozit portfeli 0,5% artaraq 170,98 mln. manat olub. Bunun 141,562 mln. manatı fiziki şəxslərin, 29,418 mln. manatı isə hüquqi şəxslərin depozitləridir.

İl ərzində Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 22,2% azalaraq 17,5 mln. manata düşüb.

Son 1 ildə “Silkway Bank”ın cəmi kapitalı 9,2% artaraq 123,482 mln. manat təşkil edib. Bankın nizamnamə kapitalı isə 3% artaraq 104,601 mln. manat olub.

Bu ilin yanvar-sentyabr aylarında “Silkway Bank”ın faiz gəlirləri 20,456 mln. manat (1 il əvvələ nisbətən 4,2% çox), faiz xərcləri 8,135 mln. manat (19,1% az), qeyri-faiz gəlirləri 13,227 mln. manat (9,3% çox), qeyri-faiz xərcləri isə 17,547 mln. manat (2,2 dəfə çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 8,001 mln. manat olub ki, bu da illik müqayisədə 41,9% azdır.

Bu il “Silkway Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 85% az – 1,173 mln. manat ayırıb, 136 min manat mənfəət vergisi (55,1% az) ödəyib. Bununla da, Bank yanvar-sentyabr aylarını 6,692 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 18% çoxdur.

Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Bankın səhmlərinin 69,68%-i Zərifə Həmzəyevaya, 30%-i daxil olduğu “Silkway Holding” MMC-nin tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC-yə, 0,32%-i isə Elçin Eldar oğlu Əhmədova (Bankın Müşahidə Şurasının sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi