“Silkway Bank”ın aktivləri 50%-dən çox artıb

“Silkway Bank”ın aktivləri 50%-dən çox artıb Bakı. 26 oktyabr. REPORT.AZ/ “Silkway Bank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 614,147 mln. manat təşkil edib.
Maliyyə
26 Oktyabr , 2018 16:21
“Silkway Bank”ın aktivləri 50%-dən çox artıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Silkway Bank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 614,147 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur.

“Silkway Bank”ın aktivlərinin 554,668 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 50% böyüyüb. 

Hesabat dövründə “Silkway Bank”ın cəmi öhdəlikləri 65% artaraq 466,254 mln. manat, o cümlədən depozit portfeli 2,6 dəfə artaraq 442,620 mln. manat olub. İl ərzində Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 7 dəfə azalaraq 2,5 mln. manata düşüb. Bu il oktyabrın 1-nə “Silkway Bank”ın cəmi kapitalı 147,893 mln. manat, nizamnamə kapitalı isə 104,601 mln. manat təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında “Silkway Bank”ın faiz gəlirləri 26,879 mln. manat, faiz xərcləri 10,624 mln. manat, qeyri-faiz gəlirləri 16,094 mln. manat, qeyri-faiz xərcləri isə 22,933 mln. manat təşkil edib. Beləliklə, bank yanvar-sentyabr aylarında 28,180 mln. manat xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 4,2 dəfə çoxdur.

Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. 

Son xəbərlər

Orphus sistemi