"Silkway Bank"ın xalis mənfəəti artıb

"Silkway Bank"ın xalis mənfəəti artıb Depozit portfelinin 93%-i xarici valyutada yerləşdirilib
Maliyyə
23 Yanvar , 2017 16:51
Silkway Bankın xalis mənfəəti artıb

Bakı. 23 yanvar. REPORT.AZ/ "Silkway Bank" ASC-nin aktivləri illlik müqayisədə 11,6% artaraq 2017-ci il yanvarın 1-nə 403 992,87 min manata çatıb.

"Report" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, kredit portfeli illik müqayisədə 15,7% artaraq 388 332,68 min manat təşkil edib. Kredit portfelinin 231 963 min manatı və ya 59,7%-i xarici valyutanın payına düşüb.

Bu il yanvarın 1-nə bankın depozit portfeli 170 044,93 min manat təşkil edib ki, bu da illik müqayisədə 13,94% artım deməkdir. Depozit portfelinin 93,0%-i və ya 158 195,51 min manatı xarici valyutada yerləşdirilib. AMB-nin banka qarşı tələbləri 22 500 min manat olub.

Bu ilin əvvəlinə bankın nizamnamə kapitalı 101 544,89 min manat təşkil edib.

"SW Bank" ötən il ərzində 1 558,69 min manat həcmində xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 1,88% çoxdur. Qeyd edək ki, əgər 2015-ci ildə bank mənfəətdən 961 min manat vergi ödəmişdirsə, 2016-cı ildə bu göstərici 321,0 min manat olub.

Son xəbərlər

Orphus sistemi