​"Silk Way Bank" kart sahiblərinin məzənnə itkilərini öz üzərinə götürüb

​"Silk Way Bank" kart sahiblərinin məzənnə itkilərini öz üzərinə götürüb Bu qərar Bankın həm kredit, həm də debit kartlarına şamil edilir
Maliyyə
22 Dekabr , 2015 13:25
​Silk Way Bank kart sahiblərinin məzənnə itkilərini öz üzərinə götürüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Milli valyutanın xarici valyutalar qarşısında məzənnəsinin kəskin düşməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi itkiləri "Silk Way Bank" ASC öz üzərinə götürüb.

"Report" bu barədə Bankın yaydığı məlumata istinadən xəbər verir. 

Bu məqsədlə, kart hesabı milli valyutada olan və dekabrın 21-də yeni valyuta məzənnələri elan olunanadək xarici valyutada aparılan əməliyyat məbləğləri hesablardan silinərkən dekabrın 18-də qüvvədə olmuş məzənnə əsas götürüləcək. 

"Bu qərar Bankın həm kredit, həm də debit kartlarına şamil edilir", - deyə "Silk Way Bank"dan bildirilib. 

Son xəbərlər

Orphus sistemi