"Silk Way Bank"ın nizamnamə kapitalı 101,5 mln. manatı keçib

"Silk Way Bank"ın nizamnamə kapitalı 101,5 mln. manatı keçib Bank nizamnamə kapitalını 2,4% artırıb
Maliyyə
13 Avqust , 2015 17:10
Silk Way Bankın nizamnamə kapitalı 101,5 mln. manatı keçib

Bakı. 13 avqust. REPORT.AZ/ "Silk Way Bank" ASC-nin nizamnamə kapitalı 2,4%, yaxud 2 377,305 min manat məbləğində artırılıb. "Report"un əldə etdiyi məlumata görə, əlavə səhm emissiyasının yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 101 544,885 min manat məbləğinə çatdırılıb.

Nizamnamə kapitalının artırılması "Silk Way Bank"ın əlavə səhm emissiyasının Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi yolu ilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi