​"Silk Way Bank"da problemli kredirlərin həcmi 52% azalıb

​"Silk Way Bank"da problemli kredirlərin həcmi 52% azalıb Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10%-dən 4%-ə düşüb
Maliyyə
11 Fevral , 2015 13:38
​Silk Way Bankda problemli kredirlərin həcmi 52% azalıb

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın "Silk Way Bank" ASC-nin aktivləri 2014-cü il ərzində 14,54% artaraq bu il yanvarın 1-nə 232,7 mln. manatı keçib. Kredit portfeli isə bu müddətdə 20,82% artaraq 178,8 mln. manata çatıb.

"Report"un Bankın açıqladığı hesabata əsasən verdiyi xəbərə görə, ötən il ərzində avtomobil kreditləşməsində kəskin azalma müşahidə edilib. Avtomobil kreditlərinin həcmi 47,16% azalaraq 52,7 min manat olub.

Cari il yanvarın 1-nə məcmu kreditlərin 4,0%-nin ödəniş vaxtı keçib. Qeyd edək ki, ötən ilin əvvəlində bu göstərici 10,14% olub. Hesabata əsasən, ötən il ərzində vaxtı keçmiş kreditlərin həcmi 52,4% azalaraq cari il yanvarın 1-nə 7,1 mln. manata düşüb.

Hesabat ilində Bankın depozit portfelində artım müşahidə olunub. Depozit portfeli 19,53% artaraq 54,4 mln. manata çatıb. Bu müddətdə əhalinin əmanətlərinin həcmi 35,54% artaraq ilin sonuna 44,9 mln. manat olub.

"Silk Way Bank"ın nizamnamə kapitalı illik müqayisədə 2,10% artaraq cari il yanvarın 1-nə 99,2 mln. manat, məcmu kapitalı isə 4,95% artaraq 107,8 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi