Yuxarı
    Bağlamaq

    "​Silk Vey Bank" yeni kampaniyaya start verib

    Visa Miles kartının sahibi olmaqla müştəri bir neçə güzəşt əldə edir

    Bakı. 2 fevral. REPORT.AZ/ "Silk Vey Bank" ASC "Visa" şirkəti ilə birgə 2 fevral - 2 iyun 2015-ci il tarixlərində "Birlikdə daha güclüyük!" adlı yeni kampaniyasına başlayıb. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

    Kampaniyanın şərtlərinə görə, Visa Classic Miles, Visa Gold Miles və Visa Platinum Miles kartları əldə edərkən müştəriyə "Visa Classic Miles" kartı hədiyyə edilir.

    Müştərinin əldə etdiyi kartı müvafiq sənədləri təqdim etməklə ailə üzvlərinin adına açmaq olar. Kart 3 il müddətinə pulsuz xidmət ilə veriləcək.

    Xatırladaq ki, Miles kartı bank kartının üstünlükləri ilə "Azal Miles" proqramının iştirakçılarının imtiyazlarını özündə birləşdirən birgə ödəniş kartıdır. Gündəlik alış-veriş və xidmətləri Miles kartı ilə ödəyən kart sahibi öz hesabına millər qazanır. Mağazalarda çox kiçik ödənişlər də daxil olmaqla, bank kartından mümkün qədər tez-tez istifadə etmək lazımdır və bu zaman əlavə komissiyalar çıxılmır. Etdiyiniz hər alış-veriş sizə Millər qazandıracaq. Millər dünyanın istənilən valyutası ilə həyata keçirilən ödənişlər zamanı əlavə olunur. Millər həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanır.

    "Visa Miles" kartının sahibi olmaqla müştəri bir neçə güzəşt əldə edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi