"Azərsığorta" daha bir neçə filialını bağlayacaq

"Azərsığorta" daha bir neçə filialını bağlayacaq Şirkətin xidmət göstərən 79 filialı mövcuddur
Maliyyə
23 Sentyabr , 2015 13:50
Azərsığorta daha bir neçə filialını bağlayacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti ("Azərsığorta") cari ilin sonunadək daha bir neçə filialın fəaliyyətini dayandıracaq. "Report"un verdiyi xəbərə görə, bu barədə şirkətin sədri Məmməd Məmmədov Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində bildirib.

"Şirkətin İdarə Heyətinin müvafiq qərarları ilə iqtisadi cəhətdən səmərəli olmadığına görə Sumqayıt şəhəri, Naftalan şəhəri, Zərdab rayon və 2 saylı Bakı şəhər filiallarının fəaliyyəti dayandırılıb. Cari ilin sonunadək iqtisadi cəhətdən səmərəli olmayan bir neçə filialın fəaliyyətinin dayandırılması nəzərdə tutulub" - deyə, sədr qeyd edib.

Qeyd edək ki, təməli 1921-ci ildə qoyulan şirkətin respublikanın bütün rayon və şəhərlərində hüquqi və fiziki şəxslərə 28 könüllü, 8 icbari sığorta növü üzrə xidmət göstərən 79 filialı mövcuddur.

Son xəbərlər

Orphus sistemi