Azərbaycanın qeyri-həyat sığortası bazarı 5% azalıb

Azərbaycanın qeyri-həyat sığortası bazarı 5% azalıb Bazarın 22%-ni avtomobillərin icbari sığortası təşkil edib
Maliyyə
23 Dekabr , 2014 14:16
Azərbaycanın qeyri-həyat sığortası bazarı 5% azalıb
Bakı. 23 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanan məcmu sığorta haqlarının 76%-i (291,1 mln.manat) qeyri-həyat sığortasının payına düşüb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 14 mln. manat və ya 4,6% azalıb.

Qeyri-həyat sığortası üzrə yığımların 21%-i (61,3 mln. manat) tibbi sığorta, 22,3%-i (64,8 mln. manat) avtomobillərin icbari sığortası, 11,9%-i (34,5 mln. manat) KASKO sığorta, 10,5%-i (30,4 mln. manat) əmlakın yanğından və digər risklərdən sığortası, 5,5%-i (16,1 mln. manat) daşınmaz əmlakın icbari sığortası, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə sığorta bazarındakı ödənişlərin 81,3%-i (116,7 mln. manat) qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 9,7 mln. manat və ya 9,1% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,9%-i (44,2 mln. manat) tibbi sığorta, 23,4%-i (27,2 mln. manat) avtomobillərin icbari sığortası, 22,1%-i (25,8 mln. manat) KASKO sığorta, 6,1%-i (7,1 mln. manat) əmlakın yanğından və digər risklərdən sığortası, 1,5%-i (1,8 mln. manat) daşınmaz əmlakın icbari sığortası, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Bu ilin ilk 11 ayında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-noyabr aylarında 35 manat olub.

Son xəbərlər

Orphus sistemi