Azərbaycanda sığortaçılar gecikdirilmiş ödənişə görə əlavə pul ödəyəcək

Azərbaycanda sığortaçılar gecikdirilmiş ödənişə görə əlavə pul ödəyəcək Məhkəmə, hüquq-mühafizə orqanlarının işçiləri və hərbi qulluqçuların sığorta ödənişini gecikdirənlər dəbbə pulu ödəyəcək
Maliyyə
16 Dekabr , 2014 15:34
Azərbaycanda sığortaçılar gecikdirilmiş ödənişə görə əlavə pul ödəyəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri sığorta ödənişini ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1%-i həcmində dəbbə pulu ödəyəcək.

“Report”un verdiyi xəbərə görə, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" və "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanunlara əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihələrində bildirilir.

Eyni zamanda dəyişikliyə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan qanunda nəzərdə tutulmuş orqanlarla icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

Son xəbərlər

Orphus sistemi