Yuxarı

Bakıda "Sığorta dələduzluğu" mövzusunda seminar keçirilib

Sığortaçılara müasir riyazi analiz texnologiyaları və informasiyaların emalı üsulları təqdim olunub

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ofisində “Sığorta dələduzluğu” və “Tibbi sığortada dələduzluq” mövzusunda seminar keçirilib.

"Report"un ASA-ya istinadən verdiyi xəbərə görə, seminarda təqdimatla çıxış edən ABŞ-ın IBM şirkətinin analitik satış lideri Andrey Larşin seminar iştirakçılarına müasir texnologiyalardan istifadə etməklə sığorta dələduzluğunun və tibbi sığortada dələduzluğun qarşısının alınması üsullarından bəhs edib.

Tədbirdə bildirilib ki, şirkətin istifadə etdiyi müasir riyazi analiz texnologiyaları və informasiyaların emalı üsulları sığorta dələduzluğu hallarının qarşısının alınmasına imkan verir. İstifadə olunan üsullar hətta ən mürəkkəb dələduzluq sxemlərinin aşkar edilməsinə, onlara qarşı tədbir görülməsinə şərait yaradır. Bu texnologiylar vasitəsilə nəinki baş vermiş hallar aşkar edilir, eləcə də gələcəkdə belə halların baş verməsinin qarşısı alınır. Bununla da sığorta şirkətlərinə və vətəndaşlara böyük məbləğdə zərər vuracaq hallar aradan qalxır. Ekspertlər bildiriblər ki, təqdim etdikləri yeni analiz texnologiyalarından təkcə sığorta sahəsində deyil, bank və biznesin digər sahələrində də istifadə oluna bilər.

Sığorta şirkətləri arasında böyük maraq doğuran görüşdə ümumilikdə 15 sığorta şirkətindən 34 nümayəndə iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi