Yuxarı
    Bağlamaq

    ​Sığorta bazarında qiymətlər sərbəst buraxılmalıdır

    Bu, sığorta şirkətlərinin işinin effektivliyinə müsbət təsir edəcək

    Bakı. 24 iyun. REPORT.AZ/ Sığorta bazarında qiymətlərin tənzimlənməsi sistemi tam sərbəst rəqabət şəraitində müəyyən edilməsi ilə əvəz olunmalıdır. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta forumunda Sloveniya Sığorta Nəzarəti Agentliyinin prezidenti Sergey Simoniti deyib.

    Onun sözlərinə görə, bəzən hökumətlər istehlakçıların marağını nəzərə alaraq sığorta haqlarına müəyyən limitlər tətbiq edir. Bu isə sığorta şirkətlərinin zərərlə işləməsinə səbəb olur.

    "Odur ki, sığorta bazarında icbari sığorta növləri də daxil olmaqla tariflər sərbəst buraxılmalı, əvəzində sığorta şirkətlərindən baş vermiş sığorta hadisələrinə görə ödənişin maksimum qısa müddətdə həyata keçirilməsi tələb olunmalıdır", - deyə S.Simoniti vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi