Simona Haberli: "Azərbaycanın maliyyə sektorunun sabitləşdirilməsi üçün bundan sonra da etibarlı tərəfdaş olacağıq"

Simona Haberli: "Azərbaycanın maliyyə sektorunun sabitləşdirilməsi üçün bundan sonra da etibarlı tərəfdaş olacağıq" Bunu İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini deyib
Maliyyə
24 Fevral , 2017 10:30
Simona Haberli: Azərbaycanın maliyyə sektorunun sabitləşdirilməsi üçün bundan sonra da etibarlı tərəfdaş olacağıq

Bakı. 24 fevral. REPORT.AZ/ “Biz Azərbaycanın maliyyə sektorunun sabitləşdirilməsi üçün bundan sonra da etibarlı tərəfdaş olacağıq”. “Report” xəbər verir ki, bunu Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə həyata keçirilən “Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin II fazasının təqdimatında İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberli deyib.

Onun sözlərinə görə, təmsil etdiyi dövlət Azərbaycanın iddialı iqtisadi, maliyyə və sosial islahatların həyata keçirilməsini dəstəkləməyi davam etdirmək əzmindədir: “Maliyyə sektorunun davamlı müasirləşdirilməsi və inkişafı, o cümlədən əsas maliyyə infrastrukturu iqtisadi artım və Azərbaycan əhalisinin daha güclü sosial və maliyyə müdafiəsinin təmin olunması üçün vacibdir".

Son xəbərlər

Orphus sistemi