Səudiyyə Ərəbistanı vəsait azlığından iri layihələrin icrasını dayandırır

Səudiyyə Ərəbistanı vəsait azlığından iri layihələrin icrasını dayandırır Hökumət azalan gəlirlər fonunda maliyyə yükünü azaltmağı planlaşdırır
Maliyyə
18 Aprel , 2017 14:13
Səudiyyə Ərəbistanı vəsait azlığından iri layihələrin icrasını dayandırır

Bakı. 18 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının hökuməti nazirlik və qurumlara tamamlanmayan çoxmilyardlıq infrastruktur layihələrinin icrasını dayandırmaq və ya restrukturizasiya etmək tapşırığı verib. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu layihələrin əksər hissəsi son illərdə neftin yüksək qiymətləri dövründə başlayıb. 2014-cü ildə neftin qiymətinin kəskin azalması nəticəsində isə Səudiyyə Ərəbistanı layihələrin tamamlanmasına vəsaitin ayrılmasında çətinlik çəkməyə başlayıb.

"Reuters" bildirir ki, hazırda bu ölkədə ötən il yaradılan Kapital və Əməliyyat Xərclərinin Səmərəliləşdirilməsi Bürosu işləri 25%-dən az hazır olan layihələrin siyahısını hazırlamağı tapşırıb. Hökumət cari layihələrin əhəmiyyət dərəcəsini ölçməyə başlayıb. Hökumətin bir çox layihənin yenidən tenderə çıxarılaraq özəl sektorla birgə fəaliyyət çərçivəsində tamamlanması gözlənilir. Bu layihələr "inşa et-istismar et-dövr et" prinsipi ilə işləyəcək. Bu yolla hökumət üzərinə düşən maliyyə yükünü azaltmağı hədəfləyib. İqtisadi əhəmiyyəti olmayan və ya az olan digər layihələrin isə dayandırılması fikri irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi