Səudiyyə Ərəbistanı ikiqat vergiyə yol verilməməsi haqqında Azərbaycanla müqaviləni təsdiq edib

Səudiyyə Ərəbistanı ikiqat vergiyə yol verilməməsi haqqında Azərbaycanla müqaviləni təsdiq edib Bu qərar Nazirlər Kabinetinin fevralın 23-də keçirilən iclasında qəbul edilib
Maliyyə
24 Fevral , 2015 12:10
Səudiyyə Ərəbistanı ikiqat vergiyə yol verilməməsi haqqında Azərbaycanla  müqaviləni təsdiq edib

Bakı. 24 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı krallığının Nazirlər Kabineti ikiqat vergiyə cəlb olunmasına yol verilməməsi və vergilərin gizlədilməsinin qarşısının alınması haqqında  Azərbaycanla imzalanan müqaviləni təsdiq edib. "Report" "Zawya"ya istinadən xəbər verir ki, bu qərar Nazirlər Kabinetinin fevralın 23-də keçirilən iclasında qəbul edilib.

Xatırladaq ki,  ikiqat vergi tutulmasına yol verilməməsi və vergilərin gizlədilməsinin qarşısının alınması haqqında protokol Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanı maliyyə naziri İbrahim Əbdüləziz əl-Əssaf tərəfindən ötən ilin martında Ər-Riyadda imzalanıb. 

Son xəbərlər

Orphus sistemi