Səudiyyə Ərəbistanı 2023-cü ilə qədər büdcə kəsirini aradan qaldıracaq

Səudiyyə Ərəbistanı 2023-cü ilə qədər büdcə kəsirini aradan qaldıracaq Bakı. 27 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı 2023-cü ilə qədər büdcə kəsirini aradan qaldırmağı planlaşdırır. 
Maliyyə
27 Dekabr , 2017 19:12
Səudiyyə Ərəbistanı 2023-cü ilə qədər büdcə kəsirini aradan qaldıracaq

Bakı. 27 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı 2023-cü ilə qədər büdcə kəsirini aradan qaldırmağı planlaşdırır. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, neftdən gələn gəlirlərin 80% artması hesabına mümkün olacaq. 

Belə ki, bu ölkənin hökumətinin hazırladığı 6 illik fiskal proqramda neftin orta qiymətinin 75 dollar/barelə yüksələcəyi, son nəticədə neft gəlirlərinin 2017-ci illə müqayisədə 361,4 mlrd. rial və yaxud 82% artaraq 801,4 mlrd riala (215 mlrd. dollara) yüksələcəyi bildirilir. Səudiyyə Ərəbistanı 2023-cü ilə neft hasilatının 2017-ci illə müqayisədə 10% artaraq 11,03 mln. barel/gün təşkil edəcəyini proqnozlaşdırır. 

Qeyri-neft sektorunun gəlirlərinin isə yaxın 6 il ərzində 32% artaraq 337 mlrd. riala (100,6 mlrd. dollara) çatacağı gözlənilir. Qeyd edək ki, bu il Səudiyyə Ərəbistanında ümumi daxili məhsulun 0,5% azalacağı gözlənilir. 2023-cü ilə isə ÜDM artımının 2,8% təşkil edəcəyi, qeyri-neft ÜDM-nin isə 3,2% artacağı ehtimal edilir. 

Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanının büdcə kəsirinin 230 mlrd. rial və yaxud 61,3 mlrd. dollara bərabər olacağı proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi